30 Oktyabr 2014 20:06
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 6 yaşlı qıza təcavüz edən 68 yaşlı kişinin məhkəməsi davam edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Manisada iki il bundan əvvəl baş verib.

1 saylı Ağır Ceza Məhkəməsində ifadə verən uşağın anası qızının psixoloji travma aldığını deyib.

“İki dəfə travma keçirib, “Mən ölmək istəyirəm, yaşamaq istəmirəm” deyərək, intihar etməyə çalışıb”.

O, dəfələrlə şübhəli P.Ö.A-nın evinə getdiklərini söyləyib:

“Televiziora baxması üçün qızımı bir neçə dəfə onlarda qoymuşam. Belə bir şeyin olacağı ağlıma gəlməyib”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər