27 Aprel 2021 18:45
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə Rusiya arasında gərginlik hər iki tərəfin qarşılıqlı sərt açıqlamaları ilə davam edir.

Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, "Bayraqdar TB2" dronu Krım ətrafında uçuşlar edib.

Məlumata görə, Krım səmasında eyni zamanda ABŞ-a aid 2 ədəd "Qlobal Havk", Britaniyaya aid 1 ədəd "RC-135V ELİNT" təyyarəsi və 1 ədəd "Bayraqdar TB2" dronu eyni anda uçuş həyata keçirib.

Qeyd edilir ki, "Bayraqdar TB2" Krımın şimalında “12345678” uçuş kodu ilə xidmət göstərib.

Xatırladaq ki, Rusiya Xarici işlər nazirinin müavini Rybakov daha öncə bəyan etmişdi ki, Türkiyə istehsalı olan dronların Donbasda uçuş həyata keçirməsindən məmnun deyillər.

Ukraynanın Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yuri Misyagin bir müddət əvvəl qeyd etmişdi ki, Donbas səmasında ilk uçuşunu həyata keçirən "Bayraqdar TB2" dronları düşmənin Pantsir-S1, S-125 və Tor raketlərini təsbit edib.


Müəllif: Cavad

Oxşar xəbərlər