““Brexit”dən sonra ticarət sazişinə riayət etməzsə Avropa İttifaqı ölkələri rəsmi Londona qarşı sanksiyalar tətbiq edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Kleman Bon deyib.
“Böyük Britaniya tərəfindən saziş pozularsa bu ölkəyə qarşı sanksiyalara səbəb ola biləcək hüquqi prosedurumuz mövcuddur”, - deyə o, “BFM Business” telekanalının efirindən bildirib.
Onun sözlərinə görə, Şimali İrlandiya və balıqçılıq sahəsində hüquqlara dair öhdəliklər yerinə yetirilməzsə, təsir tədbirləri görülə bilər.