27 Aprel 2021 23:12
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donbasdakı münaqişə dueldə deyil, dialoqla həll olunmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Slovakiyanın xarici işlər naziri İvan Korçakla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Müzakirə mövzuları arasında Ukraynadakı vəziyyət də var. Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməsi mesajı yaxşı xəbərdir. Bu sözlər dərhal əməllərlə müşayiət olunmalıdır. Atəşkəsin pozulmasının dayandırılması və Qara dənizə girişin açılması üçün növbəti addımların atılmasına ehtiyac var.

Problemləri dueldə deyil, dialoqda həll etməliyik, amma bunun üçün hər iki tərəf dialoqa hazır olmalıdır", Almaniyanın XİN başçısı deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər