Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ölkəsinin İranla normal və yaxşı əlaqələr qurmağa hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə şahzadə ölkəsinin dövlət kanalına müsahibəsində bildirib.
Şahzadə deyib ki, İran qonşu dövlətdir və biz onunla yaxşı münasibətlər qurmaq arzusundayıq.
O əlavə edib ki, İranla aramızda qarşılıqlı maraqların olmasını istəyirik:
“Ancaq İranla olan problemimiz nüvə proqramı və ya bəzi bölgə ölkələrində qanuna zidd davranan polisləri dəstəkləməsi, ballistik raket proqramı kimi mövzularda davranışları səbəbindən ortaya çıxıb”.
Şahzadə İran tərəfindən dəstəklənən Husilərə işarə edərək bildirib ki, ölkəsinin sərhədlərində belə silahlı qrupların mövcudluğunu qəbul etməyəcəklər:
“Husilərlə Yəməndə bölgə ölkələrinin maraqlarını gözləyən və hər kəsin haqlarını təmin edəcək həllə çatmaq üçün bütün söz sahibi tərəflərin masada oturmasını təmənna edirik”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İranla münasibətləri qaydaya salmaq istəkləri əslində Vaşinqtonda Bayden administrasiyasının hakimiyyətə gəlməsi ilə bağlıdır.
Bunu Şahzadə Məhəmməd bin Salman da etiraf edir: “Səudiyyə ilə ABŞ-ın indiki hakimiyyəti arasında 90 faiz fikir ayrılığı var. Bu anlaşımazlıq faizi arta da, azala da bilər”.