ABŞ Dövlət katibi Entoni Blinken ABŞ Prezidenti və Rusiya lideri Vladimir Putin arasında gözlənilən görüşdən danışıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “CNN”ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putinin Baydenin dəvətini qəbul edib-etmədiyini bilmir.
“Rəsmi olaraq qəbul edildiyini bilmirəm, amma bu barədə, mümkün görüşün tarixi barədə danışırıq”, - Blinken qeyd edib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki Putin və Bayden arasında mümkün görüşün vaxtı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, hazırda görüşün tarixi dədiqləşdirilməyib.
Bayden aprelin 13-də telefon danışığı zamanı Putini bitərəf bir ölkədə ikitərəfli görüş keçirməyə çağırıb. Bundan sonra Cen Psaki prezidentlərin gələn yay görüşə biləcəyini söyləyib.