28 Aprel 2021 16:19
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada ordunun dövlət çevrilişi etməsinə qarşı çıxan silahlı etnik qrupla Silahlı Qüvvələr arasında çıxan qarşıdurma zamanı ən azı 10 əsgəri öldürülüb.

Teleqraf.com xəbər verir ki, fevralın 1-də baş verən dövlət çevrilişindən sonra etirazçıların orduya qarşı qurduğu müdafiə birliklərinin dünən gecə həyata keçirdikləri basqın nəticəsində 10 əsgər öldürülüb.

Qarşıdurmanın bütün gün boyunca davam etdiyi bildirilir.

Müdafiə birlikləri qeyd edib ki, Myanma ordusu onlara qarşı hücuma keçib: “Artilleriya ilə bizə qarşılıq verilib. Güclü bombardman altında qaldıq”.

Qeyd edək ki, Myanma ordusu ölkədə keçirilən seçkilərdə saxtakarlıq olduğunu bəhanə edərək fevralın 1-də hakimiyyəti ələ keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər