30 Oktyabr 2014 21:26
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzani Ankaranın kürd silahlı birləşmələrinin döyüşçülərinə ("Peşmərgə") İraqdan Suriya ərazisinə keçmək üçün icazə verməsi ilə bağlı razılığını ifadə edib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, Ankaranın dəstəyi olmadan kürd silahlı birləşmələri Kobanini “İslam Dövləti” terror təşkilatının yaraqlılarından müdafiə etmək üçün Suriya ərazisinə keçə bilməzdilər.

Qeyd edək ki, oktyabrın 30-da kürd silahlı birləşmələrinin döyüşçüləri Türkiyə-Suriya sərhədinə çıxıblar. Hazırda Suriyanın Şanlıurfa vilayətinin Suruç yaşayış məntəqəsində 150 "Peşmərgə" döyüşçüsü var.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, Türkiyə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin ölkə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.

Oktyabrın 23-də İraqın kürd administrasiyasının parlamenti Kobaniyə "Peşmərgə" dəstələrinin göndərilməsini bəyənmişdi. Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmalarla “İslam Dövləti” yaraqlıları arasında döyüşlər gedir.


Müəllif:

Oxşar xəbərlər