Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski xaricdə yaşayan ruslar üçün Rusiya vətəndaşlığı alma prosedurunun sadələşdirilməsini və bununla da Ukrayna “probleminin” həllini təklif edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
“Bu proseduru kökündən sadələşdirməyin və sənədləri iki-üç həftədə vermə vaxtı gəlib çatdı. İsrail dərhal yəhudilərə pasport verir, Almaniya dərhal almanlara sənəd verir. Yalnız bizdə ruslar on ildir hamı ilə bir sırada dururlar”, - Jirinovski qeyd edib.
Onun sözlərinə görə, indi milyonlarla rus ölkə xaricdə yaşayır və 30 il əvvəl sovet pasportlarını dəyişsəydilər, Rusiya Federasiyasının əhalisi 30 milyon daha çox olardı: “Bununla Ukrayna problemini çoxdan həll edərdik, çünki oradakı bütün ruslar burada olardılar və Ukraynanın qalan hissəsi onlar olmadan çoxdan çökmüş olardı”.