28 Aprel 2021 21:56
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını, artıq 17 ölkədə koronavirusun bu ştammının aşkarlandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya, ABŞ, Sinqapur kimi ölkələrdə də aşkarlanan COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Qeyd edək ki, son günlər Hindistanda COVID-19 virusuna yoluxmaların sayı və ölüm halları sürətlə artır. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi virusun ikiqat mutasiyasının ölkədə sürətlə yayılmasını göstərir. Son bir həftədir ki, dünya üzrə sutkalıq yoluxma antirekordunu Hindistan gündəlik 300 mindən çox yoluxma ilə yeniləyir. Ölüm hallarının çoxalması krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində yandırılmasına (kremasiya) başlanılıb. Bundan başqa, bir neçə krematoriyanın fasiləsiz işləyən sobalarında ərimə baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər