29 Aprel 2021 10:44
10 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşdə Minsk sazişlərinin yenilənməsi məsələsini müzakirə etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Donbasla bağlı Üçtərəfli Təmas Qrupundakı Kiyev nümayəndə heyətinin üzvü Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, sənədin yenilənməsini tələb edən məqamlardan biri də, işğal edilmiş Donbasda Ukrayna bank sisteminin bərpası və rublun dövriyyəsinin dayandırılmasıdır:

“Bölgədə rubl sistemi işləyir, 2015-ci ilin sentyabrında işə salınıb. Bu baxımdan, ruslar Minsk razılaşmalarının nə qədər BMT tərəfindən razılaşdırıldığını söyləsələr də, 2015-ci ilin sentyabrından bəri işləmir”.

Diplomat bunun müqavilədə yerinə yetirilməyən yeganə müddəa olmadığını vurğulayıb. Arestoviç əlavə edib ki, Ukrayna tərəfinin Minsk razılaşmalarını yeniləmək istəyi, bu razılaşmaların tam həyata keçirilməsinin mümkünsüzlüyü ilə əlaqədardır və Zelenski də öz növbəsində bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyinə tam etibar edə bilər.

Zelenski dünən “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Putinlə Vatikanda görüşmək istədiyini söyləyib. Görüşdə məqsədinin Donbasdakı müharibəyə son qoymaq və münaqişənin həlli üçün koordinasiyalı addımların atılmasının müzakirə etmək olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna cavab olaraq, Putinin Zelenski ilə Moskvadan başqa yerdə görüşməyə hazır olduğuna əmin olmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər