29 Aprel 2021 11:14
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiyayla əlaqədar çıxışında yenə çətin vəziyyətdə qalıb və “eskalasiya” sözünü tələffüz edə bilməyib.

Teleqraf.com xəbər verir ki, Amerika liderinin çıxışı “ABC News” tərəfindən yayımlanıb.

“Bunun bir çoxunuzu narahat etdiyini bilirəm, ancaq Putinə esk, esk, esk... istəmədiyimizi açıq şəkildə bildirdim - bağışlayın – eskalasiya”, - Bayden qeyd edib.

ABŞ prezidenti bundan əvvəl ölkələr arasındakı münasibətlərə dair çıxışı zamanı da, Rusiya lideri Vladimir Putinin adını tələffüz edə bilməyib. ABŞ başçısı Rusiya liderini “Prezident Klutin” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər