29 Aprel 2021 12:00
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Daxili İşlər Nazirliyi 5280 heyətin iştirakı ilə Eren Cudu-Besta və Eren Kazan-Oğul əməliyyatlarına başladığını elan edib.

Teleqraf.com xəbər verir ki, əməliyyatlar Şırnak və Hakkari bölgəsində aparılır.

Qeyd olunur ki, nazirlik İraqın şimalında həyata keçirilən Pence-Şimşək və Pence-İldırım əməliyyatları ilə paralel və koordinasiyalı olaraq ölkə içində də əməliyyata başlayıb.

Məqsəd terror təşkilatını ölkə gündəmindən tamamilə çıxarmaq, terrorçuların Türkiyəyə sızmaq üçün istifadə etdikləri keçidləri yox etmək məqsədilə həyata keçirilir.

Əməliyyata Jandarma Asayiş Ordu komandanlığı, xüsusi təyinatlılar, xüsusi polis qüvvələrindən ibarət 5280 personal cəlb edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər