Çinə aid “Liaoninq” qırıcı daşıyan gəmi Yaponiyanın cənubundakı Okinava əyaləti və Miyakojima adasının arasından keçib.
Teleqraf.com xəbər verir ki, “Liaoninq” gəmisini müşahidə edən daha 5 Çin gəmisi Okinava əyalətini dənizdən seyr edib.
Çin gəmisi buradan keçərək Şərqi Çin dənizinə daxil olub. Hərbi gəmi qrupu bu müddətdə Yaponiya su sərhədinə müdaxilə etməyib.
Qeyd edək ki, Çin fevralın 1-də verdiyi qərarla öz sahil təhlükəsizliyi məsələsində şərtlərə tabe olmayan xarici gəmilərə qarşı silah gücü tətbiq edə bilər.