“Rusiya Çexiya və Bolqarıstanın əsassız və təxribatçı ittihamlarını cavabsız qoymayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya reaksiya verir və verəcək. Rusiyaya qarşı bu cür, tamamilə qəbuledilməz təxribat xarakterli addımlar cavabsız qalmayacaq”, - Peskov vurğulayıb.
Prezidentin mətbuat katibi Rusiya tərəfindən hansı cavab tədbirlərinin görüləcəyini açıqlamayıb:
“Hər halda, Rusiya özünün maraqlarına uyğun addımlar atacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Çexiya və Bolqarıstan Rusiyanın bir neçə diplomatını “arzuolunmaz şəxs” elan edərək, ölkə ərazilərindən çıxarıb.