Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən yeni sosial islahatlar diqqəti cəlb edib.
Teleqraf.com xəbər verir ki, yeniliyə görə, nikahdankənar hamilə qalan qadınlar ölkədən deportasiya edilməyəcək və həbs cəzası olunmayacaq.
Əvvəlki qaydalara görə, nikahdankənar doğulan övladlarına doğum şəhadətnaməsi ala bilməyən qadınlar heç bir sosial hüquqdan yararlana bilmirdilər. Uşağın valideynləri doğum haqqında sənədin çıxarılması üçün doğuşdan 180 gün əvvəl evlənməli idi. Artıq bu qanun dəyişib. Körpəyə doğum şəhadətnaməsi almaq üçün ana və atanın evlənmə tələbi ortadan qalxıb.
Cinsi təcavüzə uğradıqdan sonra hamilə qalan qadınlar bu vəziyyətdən ən çox zərər görən kəsim idi. Gəlirləri ölkədən qaçmağa uyğun olmayan qadınlar doğuşdan sonra uşaqlarını gizli şəkildə böyütməli olurdular.
Son sosial islahatlarda abort və homoseksualizm haqqında heç bir qərar qəbul edilməyib. Qeyd edək ki, bu, ölkədə cinayət sayılır.