Rusiya və NATO arasında ehtimal olunan müharibədə Almaniyanın tutacağı mövqe proqnozlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə alman publisist Volfqanq Münhau “Handelsblatt” qəzetinə yazdığı məqaləsində bildirib.
Mütəxəssis qeyd edib ki, Rusiya Baltikyanı ölkələri (Latviya, Litva və Estoniya) Almaniya NATO-nun Moskvaya qarşı hərbi əməliyyatlarında iştirak etməyəcək.
Onun fikrincə, belə bir vəziyyətdə NATO-nun nizamnaməsinin kollektiv təhlükəsizliklə bağlı 5-ci maddəsinin dərhal qüvvəyə minəcəyinə inanmaq sadəlövhlükdür.
Münhau, eyni zamanda, Polşa və Litva arasında yerləşən “Suvalkski dəhlizi”nin stres nöqtəsinə çevrilə biləcəyini düşünür. Ona görə, döyüş əməliyyatları bu nöqtədə başlaya bilər, çünki bu ərazilər Belarusu Kalininqrad bölgəsi ilə birləşdirə bilər.
Bundan əvvəl Polşa quru qüvvələrinin keçmiş komandanı general Valdemar Skşipçak NATO birliklərinin iştirakı ilə Kalininqrad bölgəsindəki hərbi əməliyyatların mümkün ssenarisindən danışıb. O, bölgədə silahlı qarşıdurma olacağı təqdirdə, Baltik Donanmasının və Kalininqrad müdafiə bölgəsi qoşunlarının burada əsas rol oynayacağına diqqət çəkib.