30 Aprel 2021 19:27
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Tacikistan arasında sərhəddə atışma yenidən başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsi məlumat yayıb.

Təxminən bir neçə saatdır Leylək bölgəsində atışmanın davam etdiyi bildirilib. Yaralılar arasında polislər də var.

Yerli mediada Qırğızıstandakı bəzi kəndlərin Tacikistan vətəndaşları tərəfindən ələ keçirilməsinə dair iddia dolaşır. Qırğızıstan Daxili İşlər İdarəsi bu məlumatı təsdiqləməsə də, təkzib də etməyib.

Qeyd edək ki, iki ölkə arasında qarşıdurma dünən başlayıb. Altı saat davam edən atışmadan sonra atəşkəs elan olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər