30 Aprel 2021 20:54
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken İsrail xüsusi xidmətinin (MOSSAD) Yossi Kohenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Agentlik İsrailin Vaşinqtondakı səfiri Gilad Erdanın danışıqlarda vasitəçi kimi çıxış etdiyi, əsas müzakirə mövzusunun İranın nüvə proqramı olduğunu yazıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Kohen arasındakı görüşlə əlaqədar açıqlama verməkdən imtina edib.
“Mən bu cür görüşləri təsdiq edə və ya bu barədə heç bir məlumat verə bilmərəm. Deyə bilərəm ki, ABŞ və İsrail sıx təmasdadır”, - Prays deyib.

İddiaya görə, qapalı görüş ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cek Sullivan və onun israilli həmkarı Meyr Ben-Şabbat arasındakı danışıqlardan sonra baş tutub.

Sullivanın Ben-Şabbatla görüşməsindən sonra tərəflər İran raketləri və pilotsuz uçan aparatlarının (PUA) yaratdığı təhlükəyə xüsusi diqqət yetirəcək hökumətlərarası işçi qrupu yaratmağa qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər