30 Aprel 2021 21:13
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Əfqanıstandan şəxsi heyətini və hərbi texnikalarını çıxarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Almaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatında bildirilib.

“Bizim tapşırığımız artıq başa çatıb. Bu gündən qoşunların çıxarılmasına başlanılır. Çoxməqsədli hərbi helikopterlərdən kranlara qədər hər şey Almaniyaya daşınır”, - deyə məlumatda bildirilib.

Almaniyanın Əfqanıstandakı hərbi kontingentinin əsasən hərbi təlimçilər olmaqla təxminən 1000 nəfərdən ibarət olduğu bildirilir. Qoşunların çıxarılmasının sentyabradək davam etməsi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər