31 Oktyabr 2014 01:10
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib. O, hesab edir ki, BMT-ın Təhlükəsizlik Şurasının üzvü kimi, Rusiya "təməl oyun qaydalarını pozub".

Teleqraf.com-un Obozrevatel.com-a istinadən məlumatına görə, o, bu haqda o Ujqorodsk Universitetinin tələbələri ilə görüşü zamanı bildirib.

Çexiya Xarici İşlər Nazirliyi başçısının fikrincə, bu ölkə Ukraynaya qarşı davranışı və münasibəti ilə dünya nizamını hədələyir. Zaoralek onu da qeyd edib ki, Qərb Rusiyaya qarşı dayanmaq üçün koalisiya formalaşdırmalıdır: "Əgər bu baş verməyəcəksə, hazırda baş verən müharibədən sonra bu nizam pozulmuş ola bilər".

Nazir vurğulayıb ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar "təsirli və güclü oldu, Rusiya iqtisadiyyatının inkişafı yavaşıdı, Rusiya bazardan uzaqlaşır".

Onun sözlərinə görə, Çinlə razılıqlar Rusiya üçün o qədər də əlverişli deyil: “Artıq Rusiyada da bunu etiraf edirlər. Əminəm ki, bu ölkədə indiki siyasətin davamının cəhənnəmə apardığını anlayan insanlar tapılacaq".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər