Rusiya Avropa İttifaqının (Aİ) 8 vətəndaşına və qurumun rəsmi strukturunun nümayəndələrinə ölkəyə girişi qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri Daid Mariya Sassoli də var.
“Avropa İttifaqı Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı birtərəfli qanunazid məhdudlaşdırıcı tədbirləri tətbiq etməyə davam edir. Təkcə elə bu ilin mart ayında 6 Rusiya vətəndaşı Avropa ittifaqının qeyri-qanuni sanksiyasına məruz qalıb”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.