1 May 2021 09:34
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasının çox ciddi nəticələri olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş deyib.

“Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlaması qəbuledilməzdir. Bunun Türkiyə-ABŞ münasibətləri baxımından çox ciddi nəticələri olacaq. Türkiyə buna cavab olaraq, bir çox önəmli addım atacaq. Bayden bu açıqlaması ilə ABŞ-ı erməni lobbisinə əsir verdi”, - AKP rəsmisi qeyd edib.

Numan Kurtulmuş Amerika liderinin İstanbulla bağlı yer verdiyi ifadəyə də toxunub:

“Burada qondarma soyqırım qədər önəmli bir məsələ də Baydenin “Konstantinopol” kəliməsinə yer verməsidir. Cənab Bayden, artıq oyanın, artıq dünyada “Konstantinopol” adlanan yer yoxdur. Konstantinopol 1453-cü ildə İstanbul oldu. Dünya olduğu müddətə qədər də belə qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər