1 May 2021 13:14
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şimal-şərqindəki Miyagi əyaləti yaxınlığında 6.8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com Yaponiya Meteoroloji Agentliyinə (JMA) istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10.27-də qeydə alınıb.

Əvvəlcədən elan edilmiş 6.6 bal gücündəki zəlzələ yenidən 6.8 ballıq yeraltı təkanla təkrarlanıb.

Qurum daha əvvəl zəlzələ üçün elan edilmiş 60 kilometr dərinliyi 51 kilometrə qədər dəyişdirib.

Ətrafdakı əyalətlərin yerli idarələri xəsarət alanların və itkinin olmadığını açıqlayıb.

Ölkənin şimal-şərqini əhatə edən Tohoku Şinkansen qatar xəttlərindəki bəzi səfərlər qısa müddətə dayandırılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər