Gürcüstan sərhədçiləri Rusiyadan Ermənistana gedən və təxminən 4 min gülləkeçirməz jilet aparan iki yük maşınının ölkə ərazisindən keçməsinə icazə verməyib.
Teleqraf.com xəbər verir ki, yük maşınları Rusiyaya qayıtmaq məcburiyyətində qalıb.
Yük maşını sürücülərinin sözlərinə görə, “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində Gürcüstan sərhədçiləri hələ martın 28-də sürücülərin sənədlərini və yükün özünü müsadirə edərək xüsusi yerdə yeləşdiriblər. İzahat olaraq yükün “xüsusi təyinatlı mallar” kateqoriyasına daxil edildiyi, keçid üçün ölkənin Müdafiə Nazirliyindən icazə tələb olunduğunu bildiriblər.
Bu gün məlum olub ki, Gürcüstan Müdafiə Nazirliyi yükün keçməsinə icazə verməyib və yük maşınları Rusiyaya qayıdıb.