Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki.Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddinə Türkiyənin iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ehtiyac olarsa, Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır: "Türkiyə iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnundur".