2 May 2021 09:52
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Tacikistanla sərhədində vaziyyət stabildir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr və media şöbəsi məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində sərhəddə insident qeydə alınmayıb.

Tərəflər dövlət sərhədi xəttindən əlavə qüvvələri daimi yerlərinə çəkməyə başlayıblar.


Müəllif: Teleqraf.com