2 May 2021 12:09
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Tacikistan sərhəddə silahlı münaqişə zonasından hərbi qulluqçuları və hərbi texnikanı geri çəkməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, - deyə məlumatda bildirilir.

Qurumun məlumatına görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə olunur, ötən gecə insidentlər və atışma qeydə alınmayıb.

“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət göstərirlər”, - məlumatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər