Yəməndə husilərin liderlərindən biri öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yəməndə olan türkiyəli jurnalist Mete Sohtaoğlu məlumat yayıb.
“İranın dəstəklədiyi husilərin lideri Saleh bin Əli Ayed əl-Şərif Mərib şəhərinin qərbində öldürülüb”, - jurnalist bildirib.
Husi liderinin Səudiyyə Ərəbistanının təşkil etdiyi hücum nəticəsində öldürüldüyü bildirilir.