2 May 2021 18:58
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət başçısının dəftərxanası rəsmi Telegram-kanalında məlumat yayıb.

Fərmana əsasən, amnistiya ölkədə 2021–ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəd hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.

Silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.


Müəllif: Teleqraf.com