2 May 2021 21:42
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan prezidenti Sadır Japarov Tacikistanla sərhəddə baş verən hadisələrdən danışıb.

Teleqraf.com xəbər verir ki, o, sərhəd münaqişəsinin ölkənin ərazi bütövlüyünü üçün təhlükə yaratdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkə ordusunun digər dövlətlərin ərazisinə daxil olmasına heç zaman icazə verməyəcək.

O, həmçinin iki ölkə arasındakı problemlərin araşdırılması məqsədilə qırğız və tacik ağsaqqallarından ibarət birgə komissiyanın yaradılmasını təklif edib.


Müəllif: Teleqraf.com