Türkiyədə son 24 saat ərzində 240 145 nəfərin COVID-19 testi yoxlanılıb.
Teleqraf.com xəbər verir ki, ölkədə günlük yoluxma sayı 25 980 nəfər təşkil edib.
Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 75 182 nəfərə çatdığı bildirilib.
Hazırda Türkiyə xəstəxanalarında 3532 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.