Alman filosofu və sosioloqu Jügen Habermas Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) verdiyi Şeyx Zayed Kitab Mükafatından imtina edib.
Teleqraf.com xəbər verir ki, fəlsəfədə Tənqidi nəzəriyyə və İctimai sahə kimi cərəyanların öncüllərindən olan Habermas əvvəllər mükafatı qəbul edəcəyini bildirmişdi.
Qərarını niyə dəyişdiyini izah edən alman filosof mövcud siyasi sistemin mükafatı verən qurumla sıx əlaqələri olduğuna dair dəqiq məlumata sahib olmadığını deyib.
Habermas Birləşmiş Ərəb Əmirliklərində "İlin Mədəniyyət Şəxsiyyəti" mükafatına layiq görülmüşdü. 225 min avro dəyərində mükafatın 23 mayda Əbu-Dabidə verilməsi planlaşdırılırdı.
Qeyd edək ki, 1929-cu il təvəllüdlü Jügen Habermas çağdaş dövrümüzün ən önəmli filosoflarından biridir.