3 May 2021 14:57
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu Əfqanıstan çıxdıqdan sonra əfqan hökuməti Talibanla bağlı pis ssenarilərlə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Milley deyib.

Pentaqon rəhbəri Əfqanıstan təhlükəsizlik qüvvələrinin güclü olduğunu və təlimlərdən keçdiyini deyib.

Onun sözlərinə görə, dəstək olmadan təhlükəsizlik qüvvələri Talibanın hücumlarına qarşı hazır vəziyyətdə olacaq:

“Düşünürəm ki, burada bir sıra imkanlar var. Bir tərəfdən həqiqətən drammatik, pis nəticələr əldə edə bilərsiniz. Digər tərəfdən ordu ilə hökumət bir araya gəldiyi bir nəticə əldə edə bilərsiniz. Bunlardan hansının baş verəcəyini hələ bilmirik. Gözləyib görəcəyik”, - Pentaqon rəhbəri deyib.

Milley əlavə edib ki, Kabil hökuməti ilə Taliban arasında siyasi uzlaşma ehtimalı da var: “Bu baş verərsə narahatlığa səbəb olan vətəndaş müharibəsinin qarşısı alına bilər”.

Xatırladaq ki, artıq ABŞ ordusu Əfqanıstanı tərk edir.


Müəllif: Cavad

Oxşar xəbərlər