31 Oktyabr 2014 09:04
848
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Dövlət Departamenti Amerika mətbuatının Vaşinqton və Ankara arasında fikir ayrılığının olması barədə iddialarını təkzib edib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

“Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır” - deyə, Psaki Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması barədə məqaləsini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır.


Müəllif:

Oxşar xəbərlər