3 May 2021 23:28
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-nun qarşısında dura bilməsi üçün Krımı Rusiya ərazisi kimi tanımalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Vətən partiyasının lideri Doğu Perinçek deyib.

Siyasətçiyə görə, Türkiyə Kipr, Krım və Abxaziyanın “müstəqilliyini” tanımalıdır:

“Hər şeydən əvvəl yarımadadakı məsələnin həlli lazımdır. Əks təqdirdə Ankaranın istəmədiyi şey baş verəcək – ABŞ və NATO hərbi qüvvələri Qara dənizdə olacaq”.

Siyasətçi Krımın Rusiyaya qanunsuz ilhaqını “Krımın öz seçimi” adlandırıb:

“Krım xalqı Rusiyaya qoşulmaq üçün öz seçimlərini etdi. Biz Türkiyə olaraq onların seçiminə hörmət etməliyik. Krım heç vaxt Ukraynaya qaytarılmayacaq. Ankara Kiyevlə deyil, Moskva ilə birlikdə Krım tatarlarına kömək edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər