4 May 2021 11:36
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət katibi Entoni Blinken məlumat yayıb.

Blinkenin Konqresə göndərdiyi bildirişdə Azərbaycana göstərilən bu yardımın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacağı, prosesə müdaxilə etməyəcəyi və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə olunmayacağı qeyd edilib.

Bayden Konqresi 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığını barədə məlumatlandırıb.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər