4 May 2021 19:43
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Sergey Markov ermənilərin Qarabağda müsəlman məscidlərini təhqir etməsindən yazıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk sosial şəbəkədəki paylaşımında qeyd edib.

Ermənilərin müsəlman azərbaycanlıların dini dəyərlərini təhqir etdiyini bildirən Markov onları “vandal” adlandırıb:

“Müsəlmanların dini duyğularını təhqir etmək qəsdən uzun illər içində İslamda yeyilməsi qadağan edilmiş donuzlar saxlanılan köhnə məscidin yanında boş konyak şüşəsi... Ayıb olsun. Onlar (ermənilər) xristian deyil. Biz bu vandallarla heç nə edə bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər