5 May 2021 08:05
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyasının rəhbəri cari ilin iyun ayında Avropaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Ağ evdə keçirdiyi mətbuat konfransında bu barədə ünvanlanan sualı cavabladırarkən bildirib.

Jurnalistin “Putinə görüşmək barədə təklifiniz olubmu” sualına cavabında Bayden deyib: “Mənim gözləntim və ümidim bunadır. Biz bunun üzərində işləyirik”.

Qeyd edək ki, ABŞ prezidenti iyun ayında Avropaya NATO və “Böyük yeddilik” sammitində iştirak etmək üçün səfər edəcək. “Böyük yeddilik” ölkələrinin liderləri səviyyəsində baş tutacaq görüş 11-13 iyun tarixində Böyük Britaniyada, NATO-nun toplantısı isə 14 iyunda Brüsseldə keçiriləcək.


Müəllif: Teleqraf.com