İraq Türkiyəyə nota verib.
Teleqraf.com xəbər verir ki, rəsmi Bağdad bu addımı atmasına səbəb kimi Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın İraqın şimal bölgəsindəki türk hərbi hissəsinə etdiyi səfəri göstərib.
İraq Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, Türkiyənin Bağdaddakı diplomatı Güclü Kalafat nazirliyə dəvət edilib və Ankaranın İraqdakı hərbi hissəsinə səfər edən Hulusi Akarla bağlı nota təqdim edib.
Açıqlamada nazir Akarın İraq ərazilərindəki əməliyyat bölgəsinə Bağdad ilə koordinasiya edilmədən səfər etdiyi vurğulanıb, İraq ərazi bütövlüyünün pozulması hallarının qəbul edilmədiyi ifadə edilib.