5 May 2021 14:54
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda terror aktı nəticəsində 2 hərbçi öldürülüb, 2-si isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, Pakistanın Hayber Pahtumva əyalətində yol kənarında yerləşdirilən bomba hərbi avtomobilin keçdiyi sırada partladılıb.

Bundan sonra Pakistan ordusu bölgədə hərbi əməliyyatlara başlayıb. Hücum aktını heç bir terror qruplaşması öz üzərinə götürməyib. Buna baxmayaraq Pakistan ordusu bölgədə Pakistan-Talibanına qarşı əməliyyatlar keçirir.

2014-cü ildən bu yana keçirilən əməliyyatlarda 5 mindən çox terrorçu öldürülüb. Pakistan ordusu isə 700-ə yaxın itki verib.


Müəllif: Cavad