Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin gündəliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Lavrovun Ermənistana iki günlük səfərinin bu gün başlayacağı bildirilib.
Zvartnots hava limanında Sergey Lavrovu erməni həmkarı Ara Ayvazyan, habelə hər iki ölkənin səfirləri - Vardan Toqanyan və Sergey Kopırkin qarşılayacaq.
Mayın 6-da iki ölkənin xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra nazirlər birgə mətbuat konfransı ilə çıxış edəcəklər. Xarici işlər nazirləri tərəfindən birgə sənədin imzalanması da planlaşdırılır.
Səfər zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Baş nazir Nikol Paşinyanla da görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı mayın 6-da səhər saatlarında İrəvanda qondarma erməni soyqırımı abidəsini – “Tsitsernakaberd”i ziyarət edəcək.
Lavrovun Azərbaycana səfəri 10-11 may tarixlərində baş tutacaq.