ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyun ayında görüşə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika liderinin özü açıqlama verib.
Jurnalistlər Baydendən iyun ayında Avropaya səfəri zamanı Putinlə görüşüb-görüşməyəcəyini soruşublar.
“Bəli, ümid edirəm ki, bu baş tutacaq”, - Bayden qeyd edib.
ABŞ prezidenti bundan əvvəl Putinə ikitərəfli münasibətləri müzakirə etmək üçün Avropada görüşməyi təklif etmişdi.