5 May 2021 14:16
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kosmik Qüvvələr Komandanlığı Çinə aid olan və nəzarətdən çıxan kosmik raketin həftə sonu yerə düşəcəyini açıqlayıb. Qurum raketin istiqamət trayektoriyasını izlədiklərini bildirib.

Teleqraf.com xatırladır ki, Çinə aid "Long 5B" raketinin nəzarətdən çıxması dünyada ciddi gərginlik yaradıb və hazırda bu narahatlıq davam edir.

Pentaqon rəsmisi Mike Hovard deyib ki, raketin mayın 8-də yerə enməsini gözləyirlər. O əlavə edib ki, indi raketin qalıqlarının dünyanın hansı nöqtəsinə düşəcəyini bilmirlər, ancaq bu informasiyanı raketin yerə düşməsinə saatlar qalmış əldə edəcəklər.

Qeyd edək ki, ötən həftə Çin kosmik stansiyalarından birini işə salmaq üçün bu raketdən istifadə edib. Lakin raket nəzarətdən çıxıb. Onun bir hissəsinin atmosferdə yandığı ehtimal edilir. 22 tonluq raketin bəzi parçalarının yerə düşəcəyi gözlənilir.


Müəllif: Cavad