“ABŞ və Rusiya liderləri – Co Bayden və Vladimir Putin arasında gözlənilən görüş Ukraynanın maraqlarına zidd deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba Rusiya və ABŞ prezidentləri arasında görüşün vaxt qazanmasına imkan verdiyini söyləyib. Onun fikrincə, Putin bu görüş üçün hazırlıq işləri görərkən qaydaları pozmayacaq.
O, bunun Ukraynaya qarşı “xəyanət” olacağında qorxanların narahatlığını başa düşdüyünü bildirib. Kuleba rəsmi Kiyevin məsələyə peşəkar yanaşdığını deyib.
Onun sözlərinə görə, həm Rusiya, həm də ABŞ liderləri arasındakı görüş heç olmasa, bu an üçün Ukraynanın maraqlarına zərər vermir.
Kuleba, eyni zamanda, Rusiyanın Azov dənizini “ilhaq” etmək istədiyindən şübhələndiyini söyləyib. O, bu bölgənin indi Moskva üçün asan hədəf olduğunu bildirib.
“Krımın qanunsuz ilhaqından və Kerç boğazına nəzarətin ələ keçirilməsindən sonra Rusiya Azov dənizini ilhaq edə bilər”, - nazir vurğulayıb.