Ukrayna Prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti bildirib.
V. Zelenski deyib: “Bizim strateji müttəfiqimiz olan Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətini bu cür yüksək səviyyədə qəbul etmək şəxsən mənim üçün və Ukrayna üçün çox xoş və şərəflidir. Bu, hər şeydən əvvəl bütün Ukrayna xalqı üçün, ABŞ-ın 2014-cü ildən bəri dəstəklədiyi müstəqilliyimiz və suverenliyimiz üçün çox vacibdir və biz bu dəstəyə görə sizə minnətdarıq".