Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çəkilməsindən sonra on minlərlə hərbi qulluqçu hələ də orada qalır.
Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq söyləyib.
O, bunun bölgədə vəziyyətin gərginləşməsindən əvvəl olduğundan daha çox olduğunu bildirib.
“Rusiya ordusunun bir hissəsinin Ukrayna ilə sərhəddən çıxdığı haqda danışmışdıq, amma on minlərlə rus hərbçisi Ukrayna yaxınlığında qalır. Ümumiyyətlə, bölgədə kifayət qədər Rusiya hərbi qüvvəsi var, vəziyyətin son dərəcə kəskinləşməsindən əvvəl olduğundan daha çox Rusiya hərbçisi bölgədə yerləşdirilib”, - NATO baş katibi qeyd edib.