7 May 2021 00:39
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 304 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 253 382 nəfər test edilib, onlardan 22 388-nin koronavirus testi pozitiv nəticə verib, 37 298 nəfər sağalıb, 3 378 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 42 187 nəfər ölüb.

Türkiyədə indiyədək 4 977 982 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 626 799 nəfəri müalicə olunaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər