7 May 08:25

Braziliyada koronavirus infeksiyasının yeni növü aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə regional səhiyyə idarəsindən məlumat verilib.

Dövlət səhiyyə idarəsi rəhbərinin müavini Klaudiya Mellu bu barədə deyib: "Hazırda bu növ koronavirusun daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil".

Yeni mutasiya P.1.2 adı altında qeydə alınıb.


Müəllif: Teleqraf.com