Videokonfrans vasitəsi ilə canlı yayıma qoşulan Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşçenkonun çıxışı pişiyi tərəfindən kəsilib.
Teleqraf.com xəbər verir ki, yerli kanala müsahibəsi zamanı nazir müavininin pişiyinin quyruğu ekranda görünüb.
Təəccübü gizlədə bilməyən jurnalist “Ukrayna Daxili İşlər nazirinin müavini ilə canlı yayıma çıxmağa çalışan kimdir?” - deyə, zarafatla bir sual verir.
Gerashenko daha sonra pişiyi qucağına alıb studiyadakılar göstərir. O anlar studiyada gülüşə səbəb olur.